Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir N.İsmayılova/
Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsi əhəmiyyətli hadisədir, çünki bu gün Azərbaycan humanitar sahədə inqilabi dəyişikliklər həyata keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev jurnalistlərə bildirib.
"XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 10-11-də keçirilir.
"Dünya birliyində Azərbaycanın təcrübəsini öyrənməyə maraq var. Bu gün biz iqtisadi inkişafın humanitar aspektlərini müzakirə edirik və bir sıra maraqlı suallara cavab vermək niyyətindəyik", - Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
O bildirib ki, Forumun yekunları üzrə bəyannamə qəbul ediləcək. Sənəddə dünya iqtisadiyyatında baş verən bütün proseslər, iqtisadi və humanitar inkişaf, növbəti minilliyin çağırışları yer alacaq.
Şotland iqtisadçı, 1996-cı ildə "İnfofrmasiya asimmetriyası sahəsində araşdırmaya görə" Nobel mükafatı laureatı Ceyms Mirlisin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı Çin iqtisadiyyatına bənzəyir, çünki bir çox sahələr çox yüksək templə inkişaf edir.