...

1993-cü ildən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 50 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 12:58 (UTC +04:00)
1993-cü ildən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 58,1 faizdən çox artıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.
1993-cü ildən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 50 faizdən çox artıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

1993-cü ildən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 58,1 faizdən çox artıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, bununla yanaşı, 2010-cu ildə taxıl istehsalı 1993-cü illə müqayisədə 1,7 dəfə artıb.

"Kartof istehsalı 6,3 dəfə, tərəvəz 2,4 dəfə, bostan məhsulları 9,2 dəfə, meyvə və giləmeyvə 2,1 dəfə artıb", - Vəliyev deyib.

Onun sözlərinə görə, hesabat dövründə ət istehsalı 2,7 dəfə, süd 1,9 dəfə, yumurta 2 dəfə, yun istehsalı 1,6 dəfə artıb.

2011-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 9,4 faiz, o cümlədən bitkiçilik 13,7 faiz, heyvandarlıq 4,2 faiz artıb.

Bu il sentyabrın 1-nə olan məlumata görə, 942,5 min hektarlıq sahədən qarğıdalı da daxil olmaqla, 2,35 milyon ton taxıl yığılıb.

Bununla yanaşı, Azərbaycanda dənli bitkilərin məhsuldarlığı bir hektardan 24,9 sentner təşkil edib ki, bu da 4,8 s/ha artım deməkdir.

Məhsul yığımı mövsümünün əvvəlindən sahələrdən 688,7 min ton kartof (ötən ilin analoji dövrünə nisbətən artım 38 min ton), 962 min ton tərəvəz (artım 31,5 min ton), 295,8 min ton meyvə və giləmeyvə (artım 47,7 min ton), 442,1 min ton bostan məhsulları (artım 66,7 min ton), 398 ton yaşıl çay yarpağı (artım 17,8 ton), 2114,2 ton tütün (artım 343 ton), 24 min ton üzüm (artım 855 ton) yığılıb.

İlin ilk səkkiz ayı ərzində heyvandarlıq sahəsində diri çəkidə 285,5 min ton ət, 1,07 milyon ton süd, 664,5 milyon ədəd toyuq yumurtası, 14,7 min ton yun ikstehsal edilib.

Bu ilin yanvar-avqustunda ötən ilin analoji dövrü ilə müqayisədə ət istehsalı 4,8 faiz, süd 7,7 faiz, yun 5,6 faiz, toyuq yumurtası istehsalı 16,3 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti