...

Dövlət Sosial Müdafiə Fondu əhalinin 36 faizi barədə məlumat toplayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2011 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) informasiya bazasına ölkə əhalisinin 36 faizi barədə məlumatlar daxil edib. Bu barədə fondun rəhbəri Səlim Müslümovun çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir.

"Dövlət fondunun informasiya bazasına 1,28 milyon pensiyaçı və təxminən iki milyon sığortaolunan şəxslər barədə məlumatlar toplanıb", - Müslümov bildirib.

Onun sözlərinə görə, 2006-cı il yanvarın 1-dən, yəni əmək pensiyalarının əlavə edilməsi ilə bağlı yeni sistemin tətbiqinə başlanarkən Azərbaycanda əmək pensiyalarının minimum məbləğı 3,4 dəfə, orta aylıq məbləğ isə 4 dəfə artıb.

Azərbaycanda əmək pensiyalarının baza hissəsi hazırda 85 manat təşkil edir, orta ayliq pensiyanın həcmi isə 144 manatdır.

Oktyabrın 18-ə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti