...

Azərbaycan Nəqliyyat Nazirliyi QİƏT-in görüşündə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2011 17:40 (UTC +04:00)
Nəqliyyat Nazirliyi QİƏT ölkələrinin nəqliyyat nazirlərinin oktyabrın 21-də Moskvada keçiriləcək görüşündə iştirak edəcək.
Azərbaycan Nəqliyyat Nazirliyi QİƏT-in görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Nəqliyyat Nazirliyi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin nəqliyyat nazirlərinin oktyabrın 21-də Moskvada keçiriləcək görüşündə iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Tədbirdə nazir müavini Musa Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Eləcə də nazirlik oktyabrın 19-20-də keçirilən QİƏT-in nəqliyyat üzrə işçi qrupunun iclasında iştirak edib.

İclasın gündəliyinə Qara dəniz regionunda avtomobil yollarının inkişafı, QİƏT regionunda avtomobil yolları vasitəsilə yüklərin daşınmasının asanlaşdırılması, QƏİT-in 2011-2012-ci illər üzrə işçi proqramının hazırlanması, müzakirəsi və nazirlərin görüşünün yekun sənədinin hazırlanması daxil olub.

Xəbər lenti

Xəbər lenti