...

DB Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 50 milyon dollar kreditin ayrılmasını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 12:00 (UTC +04:00)
Dünya Bankının (DB) Direktorlar Şurası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən Azərbaycana məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması layihəsinin reallaşdırılması üçün 50 milyon dollar məbləğində kredit xəttinin ayrılmasını təsdiqləyib.
DB Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 50 milyon dollar kreditin ayrılmasını təsdiqləyib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir N.İsmayılova/

Dünya Bankının (DB) Direktorlar Şurası Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən Azərbaycana məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması layihəsinin reallaşdırılması üçün 50 milyon dollar məbləğində kredit xəttinin ayrılmasını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Bankın məlumatında deyildiyi kimi, Azərbaycan hökuməti bu layihənin maliyyələşdirilməsinə 28,5 milyon dollar verəcək. Beləliklə, layihənin maliyyələşdirilməsinin ümumi həcmi 78,5 milyon dollar təşkil edəcək.

"Layihənin məqsədi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi müstəqilliyinin yüksəldilməsidir. Azərbaycanda 185 minə yaxın məcburi köçkün infrastruktura, xidmətlərə daha geniş çıxış əldə edəcək, öz mənzil şəraitini və qazancını yaxşılaşdıracaq",- DB-nin məlumatında deyilir.

Layihənin məqsədlərinə məcburi köçkünlər icmasının öz prioriteti kimi müəyyən etdiyi kiçik layihələrə xidmət və kiçik infrastruktura investisiyaların cəlb edilməsinin daxil olduğu bir sıra vəsaitlərin cəlb edilməsi ilə nail olunacaq. Layihə çərçivəsində 200-ə yaxın mikro-layihə reallaşdırılacaq və 120-150 minədək insanı əhatə edəcək.

Layihə həmçinin 30 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşdırılmasına kömək edəcək. 1400-ə yaxın gənc öz şəxsi biznesinə başlamaq üçün qrantlar ala biləcək.

Kredit DB tərəfindən beş il güzəşt dövrü ilə 20 il müddətinə veriləcək.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək bank Azərbaycana 43 layihənin reallaşdırılması üçün 2,9 milyard dollar vəsait ayırıb ki, bu da bankın ümumi portfeli üzrə ölkəni Türkiyə və Qazaxıstandan sonra dünyada üçüncü yerə çıxarıb.

Xəbər lenti

Xəbər lenti