...

Azərbaycan Hesablama Palatası 4 yoxlamanın materiallarını Baş Prokurorluğa göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 18:09 (UTC +04:00)
Hesablama Palatası üç il ərzində nöqsan və pozuntuları ortaya çıxaran və nəticədə dövlətə böyük maddi ziyan vuran 4 yoxlamanın materiallarını ölkənin Baş Prokurorluğuna göndərib.
Azərbaycan Hesablama Palatası 4 yoxlamanın materiallarını Baş Prokurorluğa göndərib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Hesablama Palatası üç il ərzində nöqsan və pozuntuları ortaya çıxaran və nəticədə dövlətə böyük maddi ziyan vuran 4 yoxlamanın materiallarını ölkənin Baş Prokurorluğuna göndərib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Palatanın rəhbəri Heydər Əsədovun rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

"Bundan başqa, Palatanın apardığı yoxlamaların yekunu üzrə Vergilər Nazirliyi dövlət büdcəsinə böyük miqdarda borcu olan 11 vergi ödəyicisinə qarşı cinayət işləri qaldırıb", - Əsədov deyib.

Onun sözlərinə görə, son üç ildə Azərbaycan Hesablama Palatası müvafıq xəzinə hesablarına büdcə vəsaitlərini bərpa etməyə, dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna nağd pul, iş və xidmət, inventar və avadanlıq formasında milyonlarla manat ödəniş etməyi təmin etməyə nail olub.

"Nəzarət tədbirlərı zamanı, həmçinin, böyük sayda əlavə ştat vahidləri və qrupları ləğv edilib", - Əsədov deyib.

Onun sözlərinə görə, 2008-2010-cu illərdə Hesablama Palatası və müvafiq strukturların aşkar etdiyi öz işində nöqsan və pozuntulara yol verən 500 şəxsə qarşı ciddi tələbkar tədbirləri görülüb.

Noyabrın 1-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti