...

Azərbaycanda mənzil maliyyələşdirilməsinin həcmi 400 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 16:06 (UTC +04:00)
Yanvar-oktyabrda ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 74,4 milyon manat dəyərində kredit verilib.
Azərbaycanda mənzil maliyyələşdirilməsinin həcmi 400 milyon dolları ötüb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir N.İsmayılova/

Yanvar-oktyabrda ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 74,4 milyon manat dəyərində kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİF-in saytında yerləşdirilən statistik hesabatda deyilir. Oktyabrda 5,6 milyon həcmində kredit verilib.

AİF xətti ilə maliyyələşdirilməyə başlanandan - 2006-cı ildən 2011-ci il oktyabrın 1-dək 324,3 milyon manat məbləğində ipoteka krediti verilib.

İlin 10 ayında əvvəllər bankların verdiyi kreditlərin yenidən maliyyələşdirilməsinin ümümi həcmi 59,9 milyon manat təşkil edib. Sosial ipotekanın maliyyələşdirilməsi üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan 20 milyon manatdan ilin əvvəlindən 16,7 milyon manat ayrılıb.

Adi ipoteka ipoteka istiqrazlarının yerləşdirilməsi vəsaiti hesabına maliyyələşdirilir. Yanvar-oktyabrda AİF 66 milyon manat dəyərində istiqrazlar yerləşdirib.

Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərin (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faizi düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədi və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir. Güzəştli ipoteka kreditinə haqqı olan hər ailə ondan ancaq bir dəfə istifadə edə bilər.

Hazırda İpoteka Fondunun 23 müvəkkil bankı var. İpoteka bazarının iştirakçıları, həmçinin, 19 sığorta şirkəti və 13 qiymət təşkilatıdır.

Noyabrın 3-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti