...

"Texnikabank" ASC-nin əməkdaşlıq sahəsindəki fəaliyyəti xüsusi qiymətləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2011 17:14 (UTC +04:00)
Tbilisidə Gürcüstan və Azərbaycanın "Lider" pulköçürmə sisteminə qoşulan tərəfdaşları üçün təşkil olunmuş biznes görüşdə "Texnikabank" ASC yaxından iştirak edib.
"Texnikabank" ASC-nin əməkdaşlıq sahəsindəki fəaliyyəti xüsusi qiymətləndirilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Tbilisidə Gürcüstan və Azərbaycanın "Lider" pulköçürmə sisteminə qoşulan tərəfdaşları üçün təşkil olunmuş biznes görüşdə "Texnikabank" ASC yaxından iştirak edib.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, biznes görüşün məqsədi təcrübə sayəsində əldə edilmiş səmərəli informasiya mübadiləsi, pulköçürmə sistemlərinin dünya bazarında inkişaf tendensiyası ilə tanışlıq, sistemin ölkə bankları ilə əməkdaşlığının yekun nəticələri, "Lider" pulköçürmə sisteminin yeni məhsul və xidmətləri ilə tanışlıqdan ibarət olub.

Tədbirdə "Lider" pulköçürmə sisteminin İdarə Heyətinin sədri Yuriy Nikolayeviç tərəfindən "Texnikabank" ASC-nin əməkdaşlıq sahəsindəki fəaliyyəti xüsusi qiymətləndirilib və banka xatirə hədiyyəsi təqdim edilib.

Texnikabank ASC "Western Union", "Privat Money", "Bıstraya Poçta", "Contact", "Xpress Money", "Blizko", "Allür", "Zolotaya Korona", "Caspian Money Transfer", "Faster", "Migom" və "Lider" pulköçürmə sistemlərinin üzvüdür. İstər paytaxt, istərsə də bölgələrdə olmaqla, bank 35 filialı və 12 şöbəsində müştərilərə sürətli pulköçürmə xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti