...

"Xalq Bank" fərdi dizaynlı yeni kart məhsulu təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/Trend/

Azərbaycanın "Xalq Bank"ı müştərilərinə yeni kart məhsulu - fərdi dizaynlı Dizayn Kartı əldə etməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Müştəri istədiyi şəkli www.dizaynkart.az xüsusi saytın qalereyasından və ya şəxsi fotoşəkil arxivindən uşaqları və ailəsi, ev heyvanları, həyatının ən yaddaqalan məqamları və yaxud təbiət mənzərələrini seçib dizayn üçün istifadə edə bilərr.

Dizayn Kart - bütün əməliyyatları (bankomatlardan pul vəsaitlərini əldə etmək, məhsul və xidmətlərin haqqını ödəmək, internetdə alış-veriş və ödənişlər etmək və s.) aparmaq imkanı verən "MasterCard Standard" sistemindən olan adi kredit və ya debet kartıdır.

Dizayn Kartı həm ayrılıqda, həm də Dizayn 2+, Dizayn 3+ tarif paketlərinin tərkibində İnternet Card, İnternet Bank, Mobil Bank xidmətləri ilə birlikdə güzəştli şərtlərlə əldə etmək olar. Tarif paketlərinin şərtləri ilə www.xalqbank.az saytında daha ətraflı tanış olmaq olar.

Müştəri güzəştli şərtlərlə ailə üzvləri üçün Dizayn Ailə Kartları - əlavə kartlarını (maksimum 3 ədəd) əldə edə bilər. Dizayn Ailə Kartları müştərinin Dizayn Kart hesabına bağlıdır və Dizayn Kartın bütün xüsusiyyətlərinə və imkanlarına malikdir. Eyni zamanda, müştəri əsas kartın sahibi kimi ailə üzvlərinin xərclərinə nəzarət etmək üçün vəsaitlərə limit qoya və SMS-məlumatlandırma xidmətinə qoşula bilər.

Dizayn Kartlarını "Xalq Bank"ın hər hansı filialına müraciət edib və seçdiyiniz şəkli təqdim edib əldə etmək olar. Təqdim edilən şəkillərin parametrləri və kartın ilkin görünüşü ilə www.dizaynkart.az saytında tanış olmaq olar.

Xəbər lenti

Xəbər lenti