...

Azərbaycan Parlamenti 2012-ci il dövlət büdcəsi layihəsini dekabrın 6-da təsdiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 16:14 (UTC +04:00)
Milli Məclis dekabrın 6-da 2012-ci il dövlət büdcəsi layihəsini təsdiq etməyi planlaşdırır.
Azərbaycan Parlamenti 2012-ci il dövlət büdcəsi layihəsini dekabrın 6-da təsdiq edəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.Xəlilova/

Milli Məclis dekabrın 6-da 2012-ci il dövlət büdcəsi layihəsini təsdiq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı parlamentin spikeri Oqtay Əsədov bildirib. Bu gün Milli Məclis dövlət büdcəsi, icmal büdcənin, 2012-ci il və sonrakı üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyalarının müzakirəsini başa çatdırıb.

"Azərbaycan hökumətinə müzakirələrin gedişində deputatların səsləndirdikləri təkliflərin öyrənilməsi üçün 10 günlük vaxt verilir", - spiker bildirib.

Müzakirələrin gedişində 60 deputat öz təkliflərini ifadə ediblər.

Layihəyə görə, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 436,4 milyon manat, xərcləri 16 984,4 milyon manat, kəsiri 548 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da gələn il üzrə proqnozlaşdırılan ÜDM-in 1,3 faizini təşkil edir.

Noyabrın 24-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti