...

Elman Rüstəmov: Yüksək kapital bazasının saxlanması Aərbaycan banklarının əsas vəzifəsidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2011 11:09 (UTC +04:00)
Azərbaycanın bank sektorunun əsasını təşkil edən orta banklar hələlik digər müəssisələrdə hansısa irimiqyaslı iştirakı həyata keçirməyə qadir deyillər.
Elman Rüstəmov: Yüksək kapital bazasının saxlanması Aərbaycan banklarının əsas vəzifəsidir

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın bank sektorunun əsasını təşkil edən orta banklar hələlik digər müəssisələrdə hansısa irimiqyaslı iştirakı həyata keçirməyə qadir deyillər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Elman Rüstəmov deyib.

"Hesab edirəm ki, bu başqa dövrlərin, bank sektorunun başqa həcmlərinin, başqa kapital bazasının vəzifəsidir", - Rüstəmov deyib.

Bundan əlavə, onun sözlərinə görə, beynəlxalq maliyyə bazarındakı hazırkı mürəkkəb vəziyyətdə bankların kommersiya müəssisələrinə birbaşa investisiyaları məqsədəuyğun deyil.
Hazırda banklar dünya maliyyə-iqtisadi böhranından sonra öz qüvvələrini bərpa edirlər. Ona görə də hazırda başlıca vəzifə bank sektorunda yüksək kapital bazasının saxlanması və onun möhkəmləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti