...

Azərbaycan və AYİB iri yol layihəsi üzrə kredit sazişi imzalayıblar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2011 16:25 (UTC +04:00)
Azərbaycan hökuməti və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) cümə axşamı Bakıda iri nəqliyyat layihəsinin həyata keçirilməsinə 750 milyon dolların verilməsi haqqında kredit sazişi imzalayıblar
Azərbaycan və AYİB iri yol layihəsi üzrə kredit sazişi imzalayıblar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan hökuməti və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) cümə axşamı Bakıda iri nəqliyyat layihəsinin həyata keçirilməsinə 750 milyon dolların verilməsi haqqında kredit sazişi imzalayıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Nəqliyyat Nazirliyinin yaydığı məlumatda deyilir.

Kredit sazişini Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, maliyyə naziri Samir Şərifov və AYİB-in Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Olivye Dekamp imzalayıblar.

"AYİB-in regional yolların yenidən qurulmasına ayırdığı maliyyə bizim Azərbaycanın daha ucqar ərazilərinə çıxışın asanlaşdırılması ilə yanaşı, iqtisadiyyatın daha da şaxələndirilməsi və davamlı inkişaf etdirilməsi strategiyamıza töhfə verəcək",- kredit sazişinin imzalanması zamanı Dekamp bildirib.

İmzalanmış kredit sazişi regional nəqliyyat dəhlizlərinə çıxmağı təmin etməyə imkan verən vacib magistral yolların yenidən qurulmasına birinci tranş çərçivəsində 250 milyon dolların ayrılmasını nəzərdə tutur. Qalan iki tranş da bərabər paylar şəklində ayrılacaq - hər birinə 250 milyon dollar.

Birinci tranş tamamilə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulmasına yönəldiləcək. Yolun 156 km-lik hissəsinin müasir tələblərə uyğun yenidən qurulması təxminən yarım milyon əhalinin yaşadığı kənd yerlərində nəqliyyat xətlərini təkmilləşdirməyə, eləcə də Bakı ilə Gürcüstan arasında olan magistrala çıxışa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti