...

Azərbaycanda mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2012 16:42 (UTC +04:00)
Azərbaycanda bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqinə başlanılıb.
Azərbaycanda mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqinə başlanılıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqinə başlanılıb. Bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova çərşənbə axşamı Mingəçevir şəhərində keçirilən "Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi" mövzusunda tədbirdə deyib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Həsənovanın sözlərinə görə, 2009-cu il 1 oktyabr tarixindən ölkədə yeni Mənzil Məcəlləsi qüvvəyə minib. Məcəllə vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir.

"İslahatların davam etdirilməsi məqsədilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb", - məlumatda nazir müavininin sözlərinə istinadən deyilir.

Həsənovanın sözlərinə görə, mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə aparılacaq islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial müdafiə mexanizminin yaradılması istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür. Nazir müavini habelə ictimaiyyətin yeni Mənzil Məcəlləsi və onun üstünlükləri barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti