...

Bakı-Gəncə marşrutu üzrə aviareys ləğv olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 05:46 (UTC +04:00)
Bakı-Gəncə marşrutu üzrə aviareys əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub.
Bakı-Gəncə marşrutu üzrə aviareys ləğv olundu

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Bakı-Gəncə marşrutu üzrə aviareys əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub. Bunu cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında bildiriblər.

J2 239 nömrəli reys yerli vaxtla saat 09:55 yola düşməli idi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti