...

Azərbaycan və Türkiyənin ticarət əlaqələrinin potensialı on dəfə yüksəkdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2012 13:10 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin potensialı hazırkı əmtəə dövriyyəsi göstəricilərindən on dəfə yüksəkdir.
Azərbaycan və Türkiyənin ticarət əlaqələrinin potensialı on dəfə yüksəkdir

Azərbaycan, Bakı, 4 fevral / Trend, müxbir A.Axundov /

Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin potensialı hazırkı əmtəə dövriyyəsi göstəricilərindən on dəfə yüksəkdir.
Bunu şənbə günü Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan və Türkiyə İş Adamları Birliyinin (ATİB) ümumi iclasında deyib.

"Türkiyə Azərbaycanın ən yaxın dostu və tərəfdaşıdır, lakin iki ölkə arasında ticarət münasibətləri ola biləcəyi səviyyədə deyil", - Əhmədov bildirib.

Onun sözlərinə görə, tədqiqatalr göstərir ki, iki ölkə arasında mal dövriyyəsinin potensialı 20 milyard dollar təşkil edir, halbuki bu gün o iki milyard dollar səviyyəsindədir.

İclasda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç türk sahibkarlarının Azərbaycan iqtisadiyyatında, eləcə də yerli sahibkarların Türkiyənin iqtisadiyyatında böyük rolu olduğunu vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında eləcə də iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün böyük imkanlar mövcuddur.

"Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olub. Buna misal olaraq, Fransa parlamentində qondarma "erməni soyqırımı" haqqında məsələnin müzakirəsinə Azərbaycanın reaksiyasını göstərmək olar", - Kılıç deyib.

Xəbər lenti

Xəbər lenti