...

Bank sektoru hələ Azərbaycan iqtisadiyyatının lokomotivi deyil - dövlət müşaviri

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Axundov/

Bank sektoru hələ ölkə iqtisadiyyatının lokomotivi deyil. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu zamanı Azərbaycan Prezidenti Administrasiyasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov bildirib.

"Bank sektoru hələ iqtisadiyyatın lokomotivi ola bilməyib, hazırda müşahidə edilən iqtisadi aktivlik əsasən büdcə vəsaitləri hesabına qorunur. Bank kreditləri bahalı və qısamüddətlidir", - Axundov deyib.

Onun sözlərinə görə, bu problemləri aradan qaldırmaq üçün cəlbedici biznes-mühit yaratmaq lazımdır, irimiqyaslı və hərtərəfli dəyişikliklər aparılmalıdır.

"Maliyyə sektorunda əsas vəzifələr dövlət vəsaitlərinin səmərəli, məqsədli istifadəsi, dövlət büdcəsindən maliyyələşən investisiya layihələrinin ciddi ekspertizası, bu proseslərdə şəffaflığın təminatı, qeyri-neft büdcəsinin kəsirinin azaldılması və optimal çərçivədə inflyasiyanın qorunmasıdır", - Axundov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti