...

2011-ci ildə Azərbaycanda Kənd Təsərrüfatı Kreditləri üzrə Agentliyin xətti ilə 21 milyon dollar kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə 16,55 milyon manat dəyərində güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü kənd təsərrüfatı naziri İsmət Abasovun "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

"Onlardan 10 milyon manatı dövlət büdcəsi, 6,55 milyon manatı əvvəlki illərdə verilmiş kreditlərin qaytarılması hesabına təmin edilib. Kreditlər ölkənin 39 rayonunda 205 fiziki və hüquqi şəxsə verilib. Onların çoxu, yəni 157 kredit heyvandarlıq sahəsinə ayrılıb", - Abasov qeyd edib.

Güzəştli kreditlərin verilməsi nəticəsində 1190 daimi və müvəqqəti iş yeri yaradılıb.

Onun sözlərinə görə, Dünya Bankının (DB) "Azərbaycan Kənd İnvestisiyası Layihəsi" (AzKİL) layihəsinin kredit komponenti çərçivəsində 194 birgə borclu qruplarının 2472 üzvünə 2,079 milyon manat dəyərində mikrokreditlər, 44 kredit ittifaqının 6068 üzvünə 14,512 milyon manat kredit verilib.

Bundan başqa, layihənin iştirakçıları olan kommersiya bankları tərəfindən 15 sub-layihənin maliyyələşdirilməsinə ümumi həcmi 1,43 milyon manat dəyərində kreditlər verilib.

Xəbər lenti

Xəbər lenti