...

Azərbaycanda aqrar sahədə fəaliyyət göstərən sahibkarlara 600 min manata yaxın güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 18:00 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə günü Göygöl rayonunun Balçılı kəndində keçirib.
Azərbaycanda aqrar sahədə fəaliyyət göstərən sahibkarlara 600 min manata yaxın güzəştli kredit verilib

Azərbaycan, Bakı, 16 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə günü Göygöl rayonunun Balçılı kəndində keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Samux rayonunda "Birlik-CZ" MMC-nin müasir istixana kompleksinin fəaliyyətinə, "NAA Universal" MMC-nin kənd təsərrüfatı məhsullarının emalı müəssisəsində avadanlıqların quraşdırılmasına və Göygöl rayonunun Hacıkənd kəndində sahibkar Ziyəddin Rəhimovun inşa etdirdiyi istirahət kompleksində aparılan son tamamlama işlərinə baxış keçirilib.

Tədbir çərçivəsində Göygöl rayonunun, o cümlədən tədbirin keçirildiyi Balçılı kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan südlük istiqamətli müasir heyvandarlıq, müasir quşçuluq komplekslərinin, üzümçülük təsərrüfatlarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 406 investisiya layihəsinin maliyyələşdirilməsinə 41,3 milyon manat, o cümlədən respublikanın regionları üzrə 368 investisiya layihəsinin maliyyələşdirilməsinə 36,5 milyon manat və Bakı qəsəbələri üzrə 38 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 milyon manat güzəştli kredit verilib. Bu layihələrin maliyyələşdirilməsi 1500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

Verilmiş kreditlərin 984 min manatı Gəncə-Qazax iqtisadi rayonunun payına düşür. Bu kreditlər əsasən sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm və digər sahələrə verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 597 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti