...

Mart ayında brokerlərin renkinqinə "Çelsi Kapital" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

2012-ci ilin mart ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə ötən ay olduğu kimi, yenə də "Çelsi Kapital" başçılıq edib; şirkət 6 müştəriyə ümumi dəyəri 55 030 183,16 manat olan broker xidmətləri göstərib. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından məlumat verilib.

İkinci yeri 1 müştəriyə ümumi həcmi 30 982 033,45 manat olan broker xidmətləri göstərmiş "ADB-Broker" MMC" tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 10 157 947,96 manatla "BoB Broker" qərarlaşıb. BFB-nin Analitik şöbəsinin hesablamalarına əsasən,

2012-ci il mart ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 (-)

1

"Çelsi Kapital" MMC

17

6

54 030 183,16

2 (-)

2

"ADB-Broker" MMC

4

1

30 982 033,45

3 (-)

3

"BoB Broker" MMC

3

1

10 157 947,96

4 (-)

4

"Respublika İnvest" MMC

1

1

1 999 988,55

5 (-)

5

"Texnika Kapital Menecment" MMC

1

1

1 998 598,80

6 (-)

6

"Caspian Financial ltd" MMC

1

1

218 414,60

Xəbər lenti

Xəbər lenti