...

Qazaxda "Ekoloji təmiz kənd təsərrüfatı" mövzusunda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 15:20 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün "Ekoloji təmiz kənd təsərrüfatı" mövzusunda treninq keçirilib.
Qazaxda "Ekoloji təmiz kənd təsərrüfatı" mövzusunda treninq keçirilib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün "Ekoloji təmiz kənd təsərrüfatı" mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, treninqdə "Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları" mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbir zamanı həmçinin, www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar verilib.

Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti