...

Azərbaycan bankı "AtaBank"-ın xalis mənfəəti iki dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 11:08 (UTC +04:00)
"AtaBank" ASC-nin 2012-ci ilin birinci rübünün maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olub.
Azərbaycan bankı "AtaBank"-ın xalis mənfəəti iki dəfədən çox artıb

Azərbaycan, Bakı, 11 aprel / Trend/

"AtaBank" ASC-nin 2012-ci ilin birinci rübünün maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktivlər 12.0% və ya 24.3 mln. manat artaraq 227.1 mln. manat olub. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədə dinamik olub. Ümumi kredit portfeli 17.4% və ya 22.9 mln. manat təşkil artıb. Mart ayının sonuna kredit portfeli 154.5 mln. manat təşkil edib.

2011-ci ilin mart ayı ilə müqayisədə bankın müddətli depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 11.8% və ya 17.3 mln. manat artaraq, 163.4 mln. manat təşkil edib. Qeyd edək ki, 2011-ci ilin əvvəlinə bu göstərici 146,1 mln. manat təşkil edirdi. Hesabat dövründə fiziki şəxslərin müddətli əmanətlərinin dinamik artımı qeydə alınıb. Belə ki, bu göstərici 36.9% artaraq 106.0 mln. manatı keçib.

Mart ayının sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 0.52% və 4.69% təşkil edib. Quraşdırılmış POS terminal şəbəkəsinin sayı isə 2000 ədədi keçmişdir və bu proses sürətlə davam etdirilir.

Mart ayının sonuna bankın balans mənfəəti 1.2 mln. manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfəlik artım qeydə alınıb. Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı 25.0 mln. məcmu kapitalı isə 30.4 mln. manat olub.
Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafının uğurla davam etdirilməsi bankın qarşısında duran vacib məsələlərdəndir. Eyni zamanda bank cari ildə bir neçə elektron şöbənin və filialın açılışını da planlaşdırır. Hazırda bankın 2011-ci il üzrə maliyyə hesabatlalarının auditini beynəlxalq audit şirkəti olan "Deloitte&Touche" həyata keçirir.

Xəbər lenti

Xəbər lenti