...

Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 14:48 (UTC +04:00)
Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilib.
Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Prezidentinin 14 mart 2012-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi ilə bağlı Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanın maliyyə naziri Samir Şərifov iştirak edib.

Xüsusi Komissiyanın iclasında çıxış edən nazir fərmanın icrasını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək üçün bütün işlərin vaxtında və keyfiyyətlə həyata keçiriləcəyini, fərmanda qeyd olunduğu kimi, 1 iyun 2012-ci il tarixindən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacağını, bununla bağlı əhali arasında geniş maarifləndirmə işlərinin aparılacağını qeyd edib və müvafiq tapşırıqlar verib.

İclasın işində Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti