...

Yeni "London Taxi"lər Bakıda istismara hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 15:48 (UTC +04:00)
May ayının birinci yarısında 500 yeni "London Taxi" markalı avtomobil Bakıda istismara hazır olacaq.
Yeni "London Taxi"lər Bakıda istismara hazırlanır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.İsmayılov/

May ayının birinci yarısında 500 yeni "London Taxi" markalı avtomobil Bakıda istismara hazır olacaq. Bu barədə bazar ertəsi Trend-ə "Baku Taxi Company"nin rəhbəri (avtomobillərin operatoru) İlqar Qasımov məlumat verib.

Onun sözlərinə görə, 500 yeni avtomobil artıq Bakıdadır və yaxın vaxtlarda zəruri dövlət nişanları, taksomertlərlə təmin olunacaqlar. Eləcə də yeni avtomobillərdə universal pos-terminalların quraşdırılması planlaşdırılır.

"Avtomobillərin bütün zəruri olanlarla təchiz edilməsindən sonra onlar istifadə üçün hazır olacaqlar", - Qasımov deyib.

Keyfiyyətli xidmət göstərmək üçün yeni avtomobillərin sürücüləri xüsusi kurslar keçiblər.

Hazırda Bakının küçələrində 500 "London Taxi" avtomobili fəaliyyət göstərir. Qasımovun sözlərinə görə, avtomobillərin pos-terminallarla təchiz olunması prosesi son mərhələdədir. Yeni terminallar vasitəsilə maqnit, çip və sensor tipli plastik kartlardan istifadə etməklə hesablaşmalar aparmaq mümkün olacaq.

"Avtomobillərin böyük hissəsi pos-terminallarla təchiz olunub və həftənin sonuna kimi proses tamamilə başa çatacaq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti