...

Azərbaycanın iri holdinqlərindən biri adını dəyişə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın iri holdinqlərindən biri olan "AtaHoldinq" ASC öz adını dəyişə bilər.

Bu məsələ iyunun 29-da keçirilməsi planlaşdırılan holdinqin səhmdarlarının ümumi yığıncağında müzakirə olunacaq. Bu barədə holdinqin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bundan başqa, ümumi yığıncaqda "AtaHoldinq" ASC-nin İdarə Heyəti və Müşahidə Şurasının 2011-ci maliyyə ilində fəaliyyətinin yekunları üzrə hesabatları dinləniləcək, MŞ-nin bəzi üzvləri yeni müddətə seçiləcək.

Habelə yığıncaqda holdinqin nizamnaməsinin yeni redaksiyasının təsdiqlənəcəyi və bir sıra başqa məsələlərə baxılacağı gözlənilir.

Rəsmi mətbuatda yerləşdirilən digər məlumata görə, iyunun 21-də "AtaHoldinq"ə daxil olan "AtaLizinq" ASC şirkətinin səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi gözlənilir.

İclasda şirkətin idarə heyətinin 2011-ci maliyyə ilində fəaliyyətinin yekunları üzrə hesabatı dinləniləcək və digər məsələlərə baxılacaq.

Xəbər lenti

Xəbər lenti