...

Azərbaycan öz qatarlarını Rusiyada dəmiryol reyslərinə qaytaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 18:25 (UTC +04:00)
Hazırda Ukraynada təmirdə olan ilk 10 sərnişin qatarının əldə edilməsindən sonra "Azərbaycan Dəmir Yolları" QSC "Rusiya Dəmir Yolları" MMC ilə ölkə qatarlarının Azərbaycan və Rusiya arasındakı reyslərdə işləmək üçün qaytarılma prosesini razılaşdırmağa başlayacaq.
Azərbaycan öz qatarlarını Rusiyada dəmiryol reyslərinə qaytaracaq

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.İsmayılov/

Hazırda Ukraynada təmirdə olan ilk 10 sərnişin qatarının əldə edilməsindən sonra "Azərbaycan Dəmir Yolları" QSC "Rusiya Dəmir Yolları" MMC ilə ölkə qatarlarının Azərbaycan və Rusiya arasındakı reyslərdə işləmək üçün qaytarılma prosesini razılaşdırmağa başlayacaq. Bu barədə cümə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"Biz ayın sonunadək vaqonların ilk partiyasını alacağıq, bundan sonra rusiyalı həmkarlarla razılaşdırma prosesi başlayacaq", - Əzməmmədov deyib.

Onun sözlərinə görə, razılaşdırma prosesində təmir edilən Azərbaycan vaqonlarının çıxarılacağı marşrut dəqiqləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti