...

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 13:12 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsini elan edib.
Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ə.Həsənov/

Bakı Fond Birjası (BFB) ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının emissiyasının növbəti hissəsinin yerləşdirilməsini elan edib. Bu barədə cümə günü Trend-ə BFB-dən məlumat verilib.

İstiqrazlar cari il may ayının 21-də yerləşdiriləcək. Sifarişlər 100,5583 faiz qiyməti ilə təqdim ediləcək. İstiqrazların ödənilməsi 2022-ci il yanvarın 22-nə təyin edilib.

Yerləşdirmə 2012-ci ilin yanvarında illik üç faiz dərəcəsi ilə hər bir istiqrazın nominal qiyməti 1000 manat olan 30 milyon manat həcmində qeydə alınan emissiyadan həyata keçirilir.

Bu emissiyadan istiqazların yerləşdirilməsi cari ilin mart ayının 15-də başlayıb və hazırda yerləşdirilən istiqrazların məbləği 11 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti