...

"Azərsun Holdinq" sahələrində əldə olunan nəticə ümumrespublika göstəricisini iki dəfə üstələyib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 11:58 (UTC +04:00)
İyunun 12-də "Azərsun Holdinq" Biləsuvarda yerləşən pilot kənd təsərrüfatı kompleksində nazir müavini Bəhram Əliyevin iştirakı ilə taxılçılıq mövzusunda səyyar seminar təşkil edib.
"Azərsun Holdinq" sahələrində əldə olunan nəticə ümumrespublika göstəricisini iki dəfə üstələyib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 12-də "Azərsun Holdinq" Biləsuvarda yerləşən pilot kənd təsərrüfatı kompleksində nazir müavini Bəhram Əliyevin iştirakı ilə taxılçılıq mövzusunda səyyar seminar təşkil edib.

Holdinqdən cümə axşamı Trend-ə verilən məlumata görə, ilk olaraq seminar iştirakçıları "Azərsun Holdinq"in 3400 hektarlıq ərazidə salınan ən müasir yağmurlama və damcılama suvarma sistemləri ilə təchiz olunmuş və ekoloji təmiz qaydada yetişdirilən müxtəlif tərəvəz, bostan bitkiləri, taxıl, nar, çuğundur, noxud sahələri, daha sonra isə ekoloji təmiz sertifikatlı gübrə istehsalı ilə də tanış olublar.

Ərazidə müasir intensiv əkinliklə tanışlıq zamanı taxıl toxumu barədə ciddi fikir mübadilələri və məhsuldarlıqla bağlı mübahisələr aparılıb. Mübahisələrə son qoymaq, eyni zamanda, nümayiş üçün ərazidə olan nisbətən zəif buğda sahəsindən 1 hektar seçilib, seminar iştirakçıları və KİV nümayəndələri müşahidəsinin ilə buğda biçilib, tərəzidə çəkilib. Təsadüfən seçilmiş bir hektarından 5310 kiloqram (53 sentner) dən alınıb.

Ötən ilin ümumi respublika göstəricisinin 1 hektardan 25-27 sentner olduğunu bildirən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev "Azərsun Holdinq" sahələrində əldə olunan nəticənin orta göstəricilərdən 2 dəfə çox olduğunu qeyd edib və əldə olunan müsbət təcrübənin taxılçılıqla məşğul olan digər fermerlər tərəfindən də mənimsənilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti