...

Birbaşa bərə nəqliyyatının açılması Azərbaycan və Həştərxan üçün perspektivli istiqamətlərdən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 15:12 (UTC +04:00)
Ələt və Həştərxan limanları arasında birbaşa bərə nəqliyyatının açılması Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biridir.
Birbaşa bərə nəqliyyatının açılması Azərbaycan və Həştərxan üçün perspektivli istiqamətlərdən biridir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Ələt və Həştərxan limanları arasında birbaşa bərə nəqliyyatının açılması Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Həştərxan vilayətinin vitse-qubernatoru, hökumət başçısı Konstantin Markelov Bakıda keçirilən "Rusiya-Azərbaycan dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı bildirib.

"2004-2011-ci illərdə bu marşrut üzrə gəmilər test rejmində suya buraxılıb ki, bu da mövcud istiqamətin perspektivli olduğunu təsdiq edib", - Markelov deyib.

Onun sözlərinə görə, maliyyə sektorunda əməkdaşlığın da böyük potensialı mövcuddur.

"Vilayətin rəhbərliyi Azərbaycan Beynəlxalq Bankının Həştərxanın maliyyə bazarına çıxmaq niyyətini alqışlayır və zəruri təşkilati yardım göstərməyə hazırdır. Bu, Azərbaycan müəssisələrinin vilayətimizdə işini stimullaşdırır", - Markelov qeyd edib.

Onun sözlərinə görə, həmçinin, enerji və digər sahələrdə birgə layihələr mümkündür.

Xəbər lenti

Xəbər lenti