...

AYİB Azərbaycanda sahibkarlara qrantlar təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2012 17:12 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda sahibkarlara qrantlar təklif edir.
AYİB Azərbaycanda sahibkarlara qrantlar təklif edir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Abbasov/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda sahibkarlara qrantlar təklif edir. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İşgüzar Məsləhətlər Xidməti (BAS) sahibkarlara aşağıda göstərilən sahələr üzrə qrant təklif edir. BAS-ın təklifinə görə, layihənin ümumi dəyəri 10,000 avrodan çox olmamaq şərti ilə imzalanmış müqavilələrə sahədən asılı olaraq 25 %-dən 75-%-dək qrant ayrılır (www.ebrd.com/sbs/azerbaijan).

Qrantın təqdim olunduğu sahələri əhatə edir:
- Bazar analizi və planlaşdırma;
- Biznesin Planlaşdırılması;
- Texniki-İqtisadi Əsaslandırmalar;
- Partnyor axtarışı;
- Müəssisənin yenidən qurulması və ya
bərpası;
- Kənd təsərrüfatı;
- Tədqiqatların aparılması;
- İstehsal sistemlərinin Avtomatlaşdırılması
(CAD/CAM);
- Mühəndis texniki həllər;
- Keyfiyyətin idarə olunması və
sertifikatlaşma (İSO/HACCP);
- Ətraf mühit və enerji effektivliyi.

Dəstək alana dair tələblər aşağıdakılardır:
- İşçilərinin sayının yuxarı həddi -250;
- Müəssisənin özəl mülkiyyətdə olmaqla yanaşı payçılar qismində xarici investorların olmaması.
- Peşəkar idarəedicilərin olması;
- Hərbi sənaye kompleksinə, tütünçülük sənayesinə, azart oyunlar və maliyyə müəssisələrinə şamil olunmur;
- Fəaliyyətin genişlənmə potensialının və məsləhət xidmətinə tələbatın olması;
- Layihənin ümumi dəyərinin 25-75 %-ni ödəmək imkanının olması.

Xəbər lenti

Xəbər lenti