...

Azərbaycan ÜTT-yə üzvlüyü ilə bağlı dörd ölkə ilə danışıqlar aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2012 17:43 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı ikitərəfli danışıqların keçirilməsi üçün Cenevrəyə yola düşəcək.
Azərbaycan ÜTT-yə üzvlüyü ilə bağlı dörd ölkə ilə danışıqlar aparacaq

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı ikitərəfli danışıqların keçirilməsi üçün Cenevrəyə yola düşəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə günü brifinqdə deyib.

"Azərbaycanın ÜTT-yə üzv olması məsələsi üzrə danışıqlar qrupunun məsləhətləşmələri iyulun 24-28-də dörd ölkə - ABŞ, Çin, Kanada və Braziliya ilə aparılacaq", - Abdullayev bildirib.

Bu, Azərbaycanın ÜTT-yə daxil olması məsələsi üzrə danışıqlar qrupunun cari ildə ikinci görüşüdür. Azərbaycan 2012-ci ilin fevralında ölkənin ÜTT-yə üzvlüyü üzrə çoxtərəfli danışıqların IX raundu çərçivəsində ABŞ, Aİ, Norveç, Kanada, Ekvador və Yaponiya ilə danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti