...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ortamüddətli strateji planlamaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 16:44 (UTC +04:00)
2012-ci ilin birinci yarısında Azərbaycanın qiymətli kağızlar bazarı ötən ilin analoji dövrü ilə müqayisədə 55 faiz artıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ortamüddətli strateji planlamaya başlayır

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Axundov/

2012-ci ilin birinci yarısında Azərbaycanın qiymətli kağızlar bazarı ötən ilin analoji dövrü ilə müqayisədə 55 faiz artıb. Trend-in Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə komitə sədri Rüfət Aslanlı QKDK-nın 2012-ci ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

"Antiinflyasiya xarakterli pul siyasəti və bir sıra struktur amillərinin dəyişkənliyi fonunda Azərbaycanın qiymətli kağızlar bazarı il ərzində 55 faiz artaraq ilk altı ayda 5,8 milyard manata çatıb", - Aslanlı deyib.

QKDK sədri Azərbaycan Mərkəzi Bankın notlarının ticarət olunan ən aktiv alətlərdən birinə çevrildiyini bildirərək, bazarda repo əməliyyatlarının həcminin artdığını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan İpoteka Fondunun istiqrazlarının ilkin və təkrar bazarı 65,4 faiz azalaraq 73,6 milyon manat təşkil edib.

Komitə sədri, həmçinin, "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsi və "Tvinninq" proqramı üzrə işlərin yüksək səviyyədə təşkil edilməsinə, elektron xidmətlərdən geniş istifadə imkanlarının təmin edilməsinə, eləcə də QKDK-da 2013-2015-ci illərdə ortamüddətli strateji planlamanın başlanmasına dair müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti