...

"Ansar Leasing" şirkətinin portfeli 69,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2012 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ə.Həsənov/

Özəl Sektorun İnkişafı üzrə İslam İnkişaf Korporasiyasının (İİK) təsis etdiyi Azərbaycanın "Ansar Leasing" şirkətinin kredit portfelinin həcmi cari ilin əvvəlindən 69,5 faiz artaraq hazırda 20 milyon manat təşkil edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

"Fəaliyyətimizi islam maliyyə hüququnun tələblərinə uyğun aparmağımız müştəriləri cəlb edir. Bunun üçün bizə hüquqi dəstəyi İslam İnkişaf Bankının mütəxəssisləri göstərirlər", - şirkətin baş direktoru Ceyhun Nağıyev bildirib.

Lizinq müqavilələri altı il müddətinə bağlanır. Müştəri ilk lizinq haqqı qismində dəyərdən asılı olaraq təqribən 20-25 faizi ödəyir. Xidmətlər iki istiqamətdə - korporativ müştərilər və fiziki şəxslər üçün həyata keçirilir.

"Şirkətin nizamnamə kapitalı 5 milyon manata bərabərdir ki, bu da Azərbaycan ərazisində fəaliyyət göstərən lizinq şirkətləri arasında ən yüksək göstəricidir", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti