...

Azərbaycanın fond bazarı il ərzində 50 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 14:14 (UTC +04:00)
2012-ci ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 54,6 faiz artaraq 7,036 milyard manat təşkil edib.
Azərbaycanın fond bazarı il ərzində 50 faizdən çox artıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 54,6 faiz artaraq 7,036 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BFB-nin yaydığı məlumatda deyilir.

Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 61,42 faiz artması, korporativ qiymətli kağızlar bazarının isə 27,83 faiz azalması hesabına baş verib.

Dövlət qiymətli kağızlar bazarı 6,78 milyard manata çatıb. Buna repo-əməliyyatların 72,57 faiz çoxalması və Mərkəzi Bankın notları ilə əməliyyatların artımı - ilkin bazarın 37,25 faiz, təkrar bazarın isə 30,68 faiz artması təsir edib.

Yanvar-iyul aylarında 250,6 milyon manat təşkil edən korporativ qiymətli kağızlar bazarında azalma korporativ istiqrazlarla əməliyyatların həcminin 50 faizdən çox azalması ilə izah edilir.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-iyul ayları):

Bazarın seqmentləri

31.07.2012

31.07.2011

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

37 215 335,00

58

91 885 972,50

56

40,5%

Korporativ istiqrazlar - (təkrar bazar)

148 808 101,58

50

184 748 225,66

55

80,55%

Səhmlər - (yerləşdirmə)

59 630 435,35

93

65 868 332,00

106

90,53%

Səhmlər - (təkrar bazar)

4 951 671,15

2 044

4 719 614,34

2 095

104,92%

KQK bazarı cəmi

250 605 543,08

2 245

347 222 144,50

2 312

72,17%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-iyul ayları)

Bazarın seqmentləri

31.07.2012

31.07.2011

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə

59 757 344,13

23

178 869 168,77

105

33,41%

Dİ (AR MN) -

(təkrar bazar)

7 348 651,92

5

26 616 863,09

25

27,61%

Notlar (AR MB) - (yerləşdirmə)

689 155 740,27

162

502 122 741,33

184

137,25%

Notlar (AR MB) -

(təkrar bazar)

12 486 939,02

8

9 555 687,77

5

130,68%

Repo əməliyyatları

6 017 007 047,38

776

3 486 717 782,68

727

172,57%

DQK bazarı cəmi

6 785 755 722,72

974

4 203 882 243,64

1 046

161,42%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Xəbər lenti

Xəbər lenti