...

Sabirabadın inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 11:40 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərindən prioritet sahələr üzrə investisiya layihələrinin qəbulunu elan edib.
Sabirabadın inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Ə.Həsənov /

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərindən prioritet sahələr üzrə investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İİN-in məlumatında deyilir.

Sentyabrın 7-də Sabirabad rayonunun Mürsəlli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir heyvandarlıq kompleksinin yaradılması;
- kiçik və orta həcmli pambıqçılıq təsərrüfatlarının yaradılması;
- qabaqcıl texnologiyalara əsaslanan süd emalı müəssisəsinin yaradılması;
- kiçik və orta həcmli intensiv bağçılıq təsərrüfatlarının yaradılması;
- müasir meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti