...

"Paşa Bank" yerli banklar arasında ən yüksək beynəlxalq reytinq alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2012 18:56 (UTC +04:00)
"Paşa Bank" ilk beynəlxalq reytinq alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında bankın idarə heyətinin üzvü, investisiyalar üzrə baş administrator Taleh Kazımov bildirib.
"Paşa Bank" yerli banklar arasında ən yüksək beynəlxalq reytinq alıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

"Paşa Bank" ilk beynəlxalq reytinq alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında bankın idarə heyətinin üzvü, investisiyalar üzrə baş administrator Taleh Kazımov bildirib.

"Standard & Poor's"un kredit reytinqləri xidməti "Paşa Bank"a "Sabit" proqnozla "BB-/B" uzunmüddətli və qısamüddətli kontragent kredit reytinqi verib.

"Bu, yüz faizlik yerli kapitallı kommersiya bankları arasında ən yüksək reytinqdir, - Kazımov deyib. - Bu, çox yaxşı nailiyyətdir".

"Paşa Bank"ın reytinqləri yalnız Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının "bb" reytinqinin baza səviyyəsini əks etdirir. Agentliyin fikrincə, həmin reytinq həmçinin bankın biznes mövqeyi, güclü kapitallaşma göstəriciləri və mənfəətlilik, risk üzrə orta mövqe, orta səviyyədən aşağı fondlaşdırma göstəricilərinin adekvatlığını və likvidliyin adekvat göstəricilərini (meyarlarda göstərilən təyinatlara uyğun) əks etdirir. Bankın özünün kredit qabiliyyətinin səciyyəvi qiymətləndirilməsi "b+"dir (stand-alone credit profile-SACP).

S&P-nin banklara reytinqlər verməsi metodologiyası BICRA komponentlərinin istifadəsini, reytinqin baza səviyyəsinin müəyyənləşdirilməsi üçün iqtisadi və sektor riskinin qiymətləndirilməsini nəzərdə tutur. Bunun əsasında emitentin kredit reytinqi verilir. Yalnız Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reytinqinin baza səviyyəsi "bb-"dir.

S&P-nin Azərbaycanın iqtisadi riksi üzrə qiymətləndirməsi "7", sektor riski üzrə qiymətləndirməsi isə "8"-dir.

"Paşa Bank"ın kredit reytinqi SACP-dən bir pillə yüksəkdir ki, bu da bizim bankın ölkənin bank sistemi üçün yüksək əhəmiyyətini və Azərbaycan hökumətinin bank sektoruna dəstək göstərməyə hazır olması ilə bağlı qiymətləndirməmizi əks etdirir", - agentliyin məlumatında deyilir.

"Paşa Bank"ın mülkiyyət strukturu, bankın bazar payının sürətli artımı və onun iri korporativ müştərilərin tələbatında vacib rolunu nəzərə alan agentlik güman edir ki, "Paşa Bank"a qarşı etimadın itməsi çox güman ki, Azərbaycanın bütün bank sisteminə etimadın itməsinə gətirib çıxaracaq və dövlət tərəfindən təcili dəstəyin zəruriliyini şərtləndirəcək.

"Sabit" proqnozu "Paşa Bank"ın yaxın iki ildə kapitallaşmanın güclü göstəriciləri və likvidliyin adekvat ehtiyatlarını saxlamaqla bazar payını və kredirt portfelini minimum 30 faiz artıracağı gözləntisini əks etdirir.

Banka qarşı müsbət reytinq fəaliyyəti hazırda az ehtimal edilir. Lakin reytinqlər və ya proqnoz bankın resurs bazasının şaxələndirilməsinin xeyli artırılması, ayrı-ayrı əmanətçilərə qarşı diqqətin azaldılması halında artırıla bilər.

"Əgər kredit portfelinin sürətli artımı "Paşa Bank"ın kapitallaşma göstəricilərinin xeyli pisləşməsinə səbəb olacaqsa və RAC əmsalının şaxələndirmə üzrə düzəlişlərini 10 faizdən az olmayan səviyyəyədək azalmasını şərtləndirəcəyi halda, reytinqlər və ya proqnoz pis tərəfə dəyişə bilərlər. Kredit portfelinin yetkinliyinin artırılması fonunda aktivlərin keyfiyyətinin əhəmiyyətli pisləşməsi də reytinqlərin səviyyəsinə təzyiq göstərə bilər", - agentlik hesab edir.

Kazımovun sözlərinə görə, yaxın vaxtlarda bank, həmçinin "Fitch Ratings" beynəlxalq agentliyindən reytinq almağa hazırlaşır.

Xəbər lenti

Xəbər lenti