...

Türkdilli dövlətlərin gömrük xidmətləri rəhbərlərinin ilk görüşü Azərbaycanda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 18:11 (UTC +04:00)
2012-ci il oktyabrın 4-5-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək türkdilli dövlətlərin gömrük xidmətləri rəhbərlərinin görüşündə Türkiyəni gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız təmsil edəcək.
Türkdilli dövlətlərin gömrük xidmətləri rəhbərlərinin ilk görüşü Azərbaycanda keçiriləcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/

2012-ci il oktyabrın 4-5-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək türkdilli dövlətlərin gömrük xidmətləri rəhbərlərinin görüşündə Türkiyəni gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız təmsil edəcək. Bu barədə cümə günü Trend-ə Türkiyə Gömrük və Ticarət Nazirliyindən bildiriblər.

Azərbaycanın Dövlət Gömrük Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, Naxçıvanda türkdilli dövlətlərin gömrük xidmətləri rəhbərləri Şurasının ilk iclası baş tutacaq.

Nazirlikdən bildiriblər ki, oktyabrın 4-də gömrük orqanları ekspertlərinin, oktyabrın 5-də təşkilat ölkələrinin gömrük rəhbərlərinin görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti