...

Azərbaycan və Macarıstan sahibkarlıq sahəsində əməkdaşlıq üzrə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2012 15:11 (UTC +04:00)
Budapeştdə keçirilən Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində iki tərəf sahibkarlıq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Azərbaycan və Macarıstan sahibkarlıq sahəsində əməkdaşlıq üzrə razılığa gəliblər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir C.Nəsibova/

Budapeştdə keçirilən Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində iki tərəf sahibkarlıq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Macarıstan İşəgötürənlər və Sənayeçilər Konfederasiyası arasında, Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

İki ölkənin təqribən 130 sahibkarının iştirak etdiyi biznes forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyi tərəfindən təşkil edilib.

Azərbaycan nümayəndə heyətinə başçılıq edən iqtisadi inkişaf naziri Şahin Mustafayev tədbirdə qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq inkişaf etməkdədir və ötən il ərzində Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi 2,6 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti