...

"Bank Standard"ın plastik kart sahibləri "Qatar Airways"in biletlərini endirimlə əldə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 14:45 (UTC +04:00)
"Bank Standard" və "Qatar Airways" şirkəti oktyabrın 9-dan etibarən yeni müştərək aksiyaya başlayıb.
"Bank Standard"ın plastik kart sahibləri "Qatar Airways"in biletlərini endirimlə əldə edəcəklər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

"Bank Standard" və "Qatar Airways" şirkəti oktyabrın 9-dan etibarən yeni müştərək aksiyaya başlayıb. Bu aksiya çərçivəsində "Bank Standard"ın buraxdığı kartların sahibləri "Qatar Airways" aviaşirkətinin əksər hərəkət marşrutlarına satılan biletlərin qiymətlərində - biznes-klass üçün 15%, ekonom-klass üçün isə 10% güzəşt əldə edəcəklər.

Bankdan Trend-ə verilən məlumata görə, cari ilin dekabr ayının 30-dək qüvvədə olan aksiya bu ilin 9 oktyabrından 2013-cü ilin 13 aprel tarixindək həyata keçiriləcək uçuşları əhatə edir. Bu zaman dekabrın 14-dən gələn ilin 20 yanvar tarixləri arası uçuşlar istisna təşkil edir.

Güzəştlər tutulan vergilərə şamil olunmur.

Müştəri www.qatarairways.com/az-bank01 saytı vasitəsilə aksiya barədə həm əlavə məlumat ala, həm də aksiyadan yararlanmaq üçün kartı vasitəsilə ödəniş həyata keçirə bilər. Qiymətlərdə endirim avtomatik olaraq müştəriyə təqdim olunacaq.

"Bank Standard"ın yeni tərəfdaşı olan "Qatar Airways" müştərilərə 5 ulduz səviyyəli xidmət göstərən və dünya üzrə 100-dən artıq istiqamətdə uçuşlar həyata keçirən dinamik inkişafda olan bir aviaşirkətdir. "Qatar Airways" Britaniyanın "Skytrax" şirkəti tərəfindən dünyanın ən yaxşı aviaşirəti adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti