...

Azərbaycanda il ərzində vergi qanunvericiliyinin pozulması faktı üzrə 300-dən çox cinayət işi başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 16:44 (UTC +04:00)
2012-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 322 sayda cinayət işi başlanıb.
Azərbaycanda il ərzində vergi qanunvericiliyinin pozulması faktı üzrə 300-dən çox cinayət işi başlanıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

2012-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 322 sayda cinayət işi başlanıb. 262 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 27 iş çoxdur.

Vergilər Nazirliyinin Analitik-informasiya şəbəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda gəlir əldə etmə və vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması, qanunsuz sahibkarlıq, qanunsuz sahibkarlıq, özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə 62 nəfər barəsində 58 iş baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib və 204 işin icraatına xitam verilib.

İcraatına xitam verilmiş cinayət işlərindən 150 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (23 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilib, 9 milyon 102,6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 774 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib. Hesabat dövründə 13 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti