...

Səttar Bəhlulzadə “Xalq Əmanəti” layihəsinin altıncı nəşrində

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 12:29 (UTC +04:00)
Bu gün dahi rəssamın əsərlərindən ibarət sərginin açılışı, onun yaradıcılığını əks etdirən bədii albomun təqdimat mərasimi keçiriləcək
Səttar Bəhlulzadə “Xalq Əmanəti” layihəsinin altıncı nəşrində

ASC "Xalq" Bankının təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin sayca altıncı nəşri Xalq rəssamı Səttar Bəhlulzadənin zəngin sənət irsinə həsr olunub. Bankın nəşr etdiyi "Rəngkarlıq və qrafika" albomu Səttar Bəhlulzadə yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir və ustadın əsərlərini, indiyədək nəşr olunmayan gündəliklərindən materialları toplu halında sənətsevərlərə təqdim edir.

"Xalq Əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Bu seriyadan olan kitablar hədiyyəlikdir və üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. "Xalq Əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə Xalq Bankın kiçik bir töhfəsidir.

ASC "Xalq" Bankının 2010-cu ildə başladığı "Xalq Əmanəti" layihəsi Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin yaradıcılığına müraciət etməklə sənətsevərlərin dərin rəğbətini qazanmışdır. Nəşr olunan kitabların yüksək bədii dəyəri və nəfis tərtibatı onların istənilən kitab rəfində öz layiqli yerini tutacağına əminlik yaradır.

Böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin ekspozisiyası Xalq Bankın İnşaatçılar prospekti, 22L ünvanda yerləşən Baş Ofisində, oktyabr ayının 13-dən dekabrın 18-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti