...

Azərbaycan İsrailə aqrar sahədə əməkdaşlıq üzrə sazişin imzalanmasının sürətləndirilməsini təklif edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 17:59 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşüb.
Azərbaycan İsrailə aqrar sahədə əməkdaşlıq üzrə sazişin imzalanmasının sürətləndirilməsini təklif edir (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın perspektivləri müzakirə olunub.

Abasov bildirib ki, hər iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. Belə ki, 2012-ci ilin yanvar-iyun aylarında İsraildən Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən əsasən emal olunmuş meyvə-tərəvəz, qoz-fındıq məhsulları, diri heyvanlar, yağlı toxum və meyvələr, heyvanlar üçün hazır yemlər, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar idxal olunub, Azərbaycandan İsrailə isə kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən emal olunmuş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar və digər ərzaq məhsulları ixrac olunb.

Nazir Azərbaycan ilə İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair təkliflərini nəzərə çatdırıb: iki ölkə arasında aqrar sahədə əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə Azərbaycan və İsrail hökumətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair sazişin imzalanmasının sürətləndirilməsi, habelə baytarlıq və fitosanitariya sahələrində əməkdaşlığa dair saziş layihələrinin hazırlanması imkanlarının nəzərdən keçirilməsi; damcı üsulu ilə suvarmanın tətbiqi sahəsində əməkdaşlıq; məhsul yığımından əvvəlki və sonrakı avadanlıqların inkişaf etdirilməsi və kənd təsərrüfatı infrastrukturu sahəsində əməkdaşlıq; aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması və b.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz fəaliyyəti dövründə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti