...

Yubanmış Doha-Bakı aviareysi təyinat məntəqəsinə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2012 21:11 (UTC +04:00)
"Qatar Airways" şirkətinin texniki nasazlığa görə yubanmış Doha-Bakı reysi yerli vaxtla saat 20:10-da Bakıda enib. Bu barədə Trend-ə Heydər Əliyev beynəlxalq hava limanından məlumat verilib.
Yubanmış Doha-Bakı aviareysi təyinat məntəqəsinə çatıb

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

"Qatar Airways" şirkətinin texniki nasazlığa görə yubanmış Doha-Bakı reysi yerli vaxtla saat 20:10-da Bakıda enib. Bu barədə Trend-ə Heydər Əliyev beynəlxalq hava limanından məlumat verilib.

Şənbə günü Trend-ə "Qatar Airways"dən bildiriblər ki, Doha-Bakı reysini həyata keçirən sərnişin təyyarəsində texniki nasazlıq yaranıb.

Trend-in oxucularından biri məlumat verib ki, Bakı-Doha marşrutu üzrə hərəkət edən təyyarə Doha aeroportunda qəza enişi edib. Qətər aviaşirkəti bunun səbəblərini açıqlamaqdan imtina edib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər ki, təyyarə Dohadan Bakıya yerli vaxtla saat 18:00-da gəlməli idi, lakin qeyri-müəyyən müddətə yubanır. Aerportdan yubanmanın səbəblərini açıqlamaqdan imtina ediblər, çünki təyyarə Qətər aviaşirkətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti