...

Azərbaycanda ilk beynəlxalq sistem Gürcüstana pul köçürmələri üçün yeni tariflər müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir C.Nəsibova/

"Caspian Money Transfer" pul köçürmələri sistemi Azərbaycandakı iştirakçı banklar tərəfindən Gürcüstanın "Kor Standart bank" və "Liberty" banklarına həyata keçirilən köçürmələr üzrə 1,5 faiz səviyyəsində komissiya müəyyən edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanda ilk beynəlxalq pul köçürmələri sistemi olan "Caspian Money Transfer"in yaradıcısı "Zaminbank"ın rəsmi saytında bildirilir.

"Zaminbank" ASC-nin filial və şöbələrindən Gürcüstana "Kor Standart bank"a və "Liberty Bank"a göndərilən köçürmələr üzrə komissiya bu zaman 1 faiz təşkil edir.

Aksiya 01.11.2012-ci il tarixindən 28.02.2013-ci ilədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti