Azərbaycan, Bakı, 10 noyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramı ("GSP+") və onun biznes üçün əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
İştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.