...

Türkiyə spikeri: QDİƏT ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 18:24 (UTC +04:00)
İnkişaf potensialını aşkar etmək üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır.
Türkiyə spikeri: QDİƏT ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir C.Nəsibova/

İnkişaf potensialını aşkar etmək üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Bakıda III Qara dəniz Ticarət və investisiya forumunun açılışında deyib.

"Xarici investorların Qara dəniz regionuna maraqlarından düzgün istifadə etmək və regionun inkişaf potensialını aşkar etmək üçün QDİƏT ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır", - Çiçək qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin 2012-ci il iyulun 1-dən QDİƏT-də sədrliyi dövrü ərzində ölkə təşkilatın inkişafı və iştirakçı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün zəruri işləri görüb.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan QDİƏT ölkələri arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Tədbirdə 100-dən çox Türkiyə, 300-ə yaxın Azərbaycan şirkəti iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti