...

Azərbaycanda bankomatlar vasitəsi ilə kartlara nağd pul köçürülməsi xidmətinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 10:34 (UTC +04:00)
"Azəricard" prosessinq mərkəzi bankomatlar (cash in) vasitəsi ilə plastik kartlara pul vəsaitlərinin köçürülməsi xidmətini tətbiq edib.
Azərbaycanda bankomatlar vasitəsi ilə kartlara nağd pul köçürülməsi xidmətinə başlanılıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir H.Vəliyev/

"Azəricard" prosessinq mərkəzi bankomatlar (cash in) vasitəsi ilə plastik kartlara pul vəsaitlərinin köçürülməsi xidmətini tətbiq edib. Bu barədə bazar ertəsi Trend-ə "Azəricard"ın Biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, hazırda xidmət Azərbaycan Beynəlxalq Bankının nağd pullar qəbul edən bankomatlarında aktivdir.

Xidmət yaxın vaxtlarda respublikanın başqa banklarının cash-in bankomatlarında da aktiv olacaq.

Hazırda "Azəricard" şəbəkəsində təxminən 1500 bankomat, 30 min POS-terminal və iki milyon kart xidmət göstərir.

Bu gün "Azəricard"da 30 bank xidmət edir.

Azərbaycanda 43 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti