...

Azərbaycan və Polşa şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2012 20:32 (UTC +04:00)
Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti V iclası keçirilib.
Azərbaycan və Polşa şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanıb

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti V iclası keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, iclasda və bu çərçivədə təşkil edilmiş biznes forumda iştirak etmək məqsədilə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə ölkəmizin müxtəlif qurumlarının təmsil olunduğu böyük nümayəndə heyəti və iyirmi nəfərə yaxın iş adamı Varşavaya səfər edib.

Nümayəndə heyəti Varşavada bir sıra yüksək səviyyəli görüşlər keçirib, Polşadan olan tərəf müqabil təşkilatlarla qarşılıqlı əməkdaşlıq yolları barədə müzakirələr aparıb. Sözügedən görüşlərdə həmçinin Azərbaycan Respublikasının Polşadakı Səfiri Həsən Həsənov iştirak edib.

Polşanın İqtisadiyyat Nazirliyində Azərbaycan və Polşadan olan, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarının iştirakı ilə biznes forumu keçirilib. Tədbir zamanı ölkəmizdə yaradılmış əlverişli biznes mühitinə dair prezentasiya təqdim edilib, daha sonra iş adamları arasında görüşlər keçirilib.

Azərbaycan tərəfdən "Caspian Service", Polşa tərfdən isə "Ulma Construction" şirkətləri arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanıb.

Növbəti gün Azərbaycanın nümayəndə heyəti Komissiyanın V iclasında iştirak edib. Komissiyanın iclası zamanı IV iclasın protokolunun icra vəziyyəti, qarşıya çıxmış problemlər, onların aradan qaldırılması yolları müzakirə edilib. Sonda Komissiyanın V iclasının protokolu imzalanıb. Protokolda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, bankçılıq və s. sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün vəzifələr öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti