...

Azərbaycanda “Bolkart” istifadəçilərinin sayı 50 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 11:50 (UTC +04:00)
Azərbaycanın ən geniş yayılmış kredit kartı olan "Bolkart" istifadəçilərinin sayı bu günlərdə daha da artaraq 50.000 rəqəmini aşıb.
Azərbaycanda “Bolkart” istifadəçilərinin sayı 50 mini ötüb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycanın ən geniş yayılmış kredit kartı olan "Bolkart" istifadəçilərinin sayı bu günlərdə daha da artaraq 50.000 rəqəmini aşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Bank of Baku" ASC-nin məlumatında deyilir.

Bu rəqəm son zamanlar sürətlə çoxalan Azərbaycanın müxtəlif kredit kartları arasında ən yüksək göstəricidir. "Bank of Baku"-ya məxsus olan "Bolkart" Azərbaycanın hissə-hissə ödənişli ilk kredit kartıdır. "Bank of Baku" Bolkartı 2011-ci ilin sonu kütləvi dövriyyəyə buraxıb. Ötən qısa müddət ərzində Bolkart böyük populyarlıq qazanaraq ölkəmizin bank kartları siyahısında birinci yeri əldə edib və bu gün liderliyini əminliklə saxlamaqdadır.

"Bolkart"ın əsas üstünlüyü alınan malın dəyərini 1, 3, 6 və ya 12 aya bərabər hissələrə bölüb ödəmək imkanından ibarətdir. "Bolkart" pulsuzdur və kartı aktivləşdirdikdə hesabdan heç bir komissiya haqqı tutulmur. Bu gün "Bolkart"la ölkəmizin 500-dən çox dükan və ticarət mərkəzlərində alış-veriş etmək mümkündür. Bu kredit kartı ilə tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Lakin "Bolkart" sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar, həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir.

Beləliklə, müxtəlif bayram günlərində vətəndaşlar nağd vəsait problemlərini də həll etmiş olurlar. "Bolkart"ın balansı 3000 manata qədər olur.

Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də "Bank of Baku"-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar. Bolkartı habelə arayışsız 28 Mall və ya Metropark ticarət mərkəzlərindəki "Bank of Baku"-nun xüsusi məntəqələrindən əldə etmək mümkündür. Bundan savayı, kartı "Səbət" marketlər şəbəkəsindən xüsusi "Box'ça" layihəsi çərçivəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti