...

"DəmirBank" smartfon və planşet istifadəçiləri üçün aplikasiyalar təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

"DəmirBank" smartfon və planşet istifadəçiləri üçün aplikasiyalar hazırlayıb. Bankdan Trend-ə verilən məlumata görə, 2012-ci ilin dekabr ayından Apple (App Store) və Android (Play Market), 2013-cü ilin fevralından isə BlackBerry (App World) üçün nəzərdə tutulan aplikasiyaları pulsuz yükləmək mümkündür.

Bu proqramlar istifadəçilərə (iPhone, iPad, Samsung Note / Galaxy, HTC, BlackBerry və s.) bank barədə məlumat əldə etməyə və müəyyən əməliyyatlar keçirməyə imkan verir.

Azərbaycan, rus və ingilis dillərində olan proqramlar mütəmadi yenilənəcək, imkanlar genişləndiriləcək və bu barədə istifadəçilərə avtomatik məlumat veriləcək.

"DemirBank" adlanan applikasiyalarda "DəmirBank" haqqında məlumat və xəbərlər, filial və bankomatların ünvanları və xəritələri, valyuta məzənnələri və konvertor, "BillPay" sistemi üzrə kommunal / rabitə / internet / kabel TV ödənişləri, plastik kartlar üzrə "Internet-Banking xidmətləri", məhsullar barədə məlumatlar mövcuddur. Əsas menyunun aşağı hissəsində "DəmirBank-a zəng" düyməsi vasitəsilə 149 - Məlumat Mərkəzinə zəng etmək olar.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına, www.facebook.com/demirbank.az və https://twitter.com/DemirBank səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti