...

FAO Bakıda əlaqələndirmə ofisinin açılışına hazırlıq işləri ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2013 20:10 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru Mustafa Sinasir ilə görüşüb.
FAO Bakıda əlaqələndirmə ofisinin açılışına hazırlıq işləri ilə tanış olub

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru Mustafa Sinasir ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin yaradılması, hazırda həyata keçirilən layihələrin verdiyi səmərə və FAO ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivlərinin müzakirəsi olub.

Nazir İsmət Abasov qonağa aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib və FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihələri yüksək qiymətləndirib, bu tendensiyanın davam etdirilməsini məqsədəuyğun hesab edib.

Mustafa Sinasir FAO ilə Azərbaycan arasında gələcək əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsigəməyəcəyini bildirib.

Sinasir nazir İsmət Abasovun FAO-nun Avropa üzrə Regional Konfransının sədri qismində FAO-nun baş direktoru tərəfindən 15-20 iyun 2013-cü il tarixində Roma şəhərində keçiriləcək konfransa dəvət olunduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti